Пятница
сен 06

Ağsuda kəndirlə boğulan 19 yaşlı gəlin sevgilisi ilə tutulubmuş - TƏFƏRRÜAT

Ağsuda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən 19 yaşlı Xumar Zahidova kənd sakini olan sevgilisi ilə bir yerdə tutulub.

İddia olunur ki, Nəriman Zahidov dəfələrlə gəlinləri X.Zahidovanın başqası ilə olan münasibətindən şübhələnib. Xəbərdarlıqlara baxmayaraq, X.Zahidova sevgilisi ilə görüşməyə davam edib. Bu gün isə sevgilisi ilə tutularaq qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

Комментарии (0)

Оставить комментарий