17:44 Dünyanın ən yaxşı gəzməli ölkələri ✈️ 13:07 Yas məclisləri ilə bağlı QƏRAR - Bütün ölkə üzrə... 07:47 Azərbaycana yeni BYD-lər gəlir 18:53 Məşhur müğənni Britni Spirs bir daha çıxış etməyəcəyi ölkənin adını çəkdi 18:52 Hər gün əlinizdə bakteriyalar çoxalır - təhlükə XƏBƏRDARLIĞI 18:51 Mütəxəssislər gecə Wi-Fi-ni söndürməyi məsləhət görür 18:50 Sarımsağı soyuducuda saxlamaq olarmı? 18:49 Radiatorlar niyə yavaş-yavaş qızır və bunu necə düzəltmək olar? 18:49 Üzünüzü camaşır sabunu ilə yusanız, dərinizdə nə baş verir? 18:48 Qədim adət-ənənələr: Gəlini valideyn seçərdi, yayda toy olmazdı, məclisə pul yazdırmazdılar

Vətən müharibəsinin 4-cü ildönümü: Xalqımız şəhidlərin xatirəsini anır

Vətən müharibəsinin 4-cü ildönümü: Xalqımız şəhidlərin xatirəsini anır

Bu gün Azərbaycan xalqı Vətən müharibəsinin başlanmasının 4-cü ildönümünü qeyd edir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı 2 908 hərbçimiz şəhid olub, 6 hərbçi isə itkin düşüb. Bu gün bütün ölkə ərazisində şəhidlərimizin xatirəsi yad edilir, onların qəhrəmanlıqları bir daha yada salınır.

Vətən Müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış şanlı bir səhifədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 ilə yaxın işğal altında olan doğma torpaqlarımızı azad etdi. Bu 44 günlük müharibə dövründə Azərbaycan əsgəri əsl qəhrəmanlıq, şücaət və fədakarlıq nümunəsi göstərdi. Onlar canları, qanları bahasına torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə apardılar.

Bu gün II Fəxri xiyabanda müharibə qurbanlarının məzarları ziyarət edilir, onların xatirəsinə ehtiram göstərilir. Fəxri xiyabanda Vətən uğrunda canından keçmiş igid oğullarımızın məzarları üzərinə əklillər, güllər düzülür. Xalqımız bir daha öz şəhidlərini yad edir, onları unutmur və unutmayacaq.

PhotoStock.az-ın əməkdaşının II Fəxri xiyabandan hazırladığı fotoreportajı təqdim edirik:

Vətən müharibəsinin 4-cü ildönümü: Xalqımız şəhidlərin xatirəsini anır

Daha çox foto burada: PhotoStock.Az



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница