21 yaşlı model dırnaq qaynağı etdirdi, xərçəng xəstəliyinə tutuldu - FOTOLAR
21 yaşlı amerikalı model dırnağındakı qara ləkənin nə olduğunu biləndə həyatının şokunu yaşayıb. BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı Karolina Jasko ayda 3 dəfə dırnaq qaynağı etdirib. Gənc model növbəti dəfə dırnaq qaynağı etdirən zaman barmağının üzərindəki qara ləkəni qabıq zənn edib, atıb. Bir həftə sonra Karolina Jaskonun barmağı qızarmağa və şişməyə başlayıb.