18:53 Məşhur müğənni Britni Spirs bir daha çıxış etməyəcəyi ölkənin adını çəkdi 18:52 Hər gün əlinizdə bakteriyalar çoxalır - təhlükə XƏBƏRDARLIĞI 18:51 Mütəxəssislər gecə Wi-Fi-ni söndürməyi məsləhət görür 18:50 Sarımsağı soyuducuda saxlamaq olarmı? 18:49 Radiatorlar niyə yavaş-yavaş qızır və bunu necə düzəltmək olar? 18:49 Üzünüzü camaşır sabunu ilə yusanız, dərinizdə nə baş verir? 18:48 Qədim adət-ənənələr: Gəlini valideyn seçərdi, yayda toy olmazdı, məclisə pul yazdırmazdılar 18:47 Mirasa görə atasını BALTALADI: adını oğluna qoymuşdu 18:46 Yumurtanı və südü belə saxlamaq OLMAZMIŞ 18:45 Taksi artıq lüksə çevrilir: Kəskin bahalaşacaq

Brokoli salatı

Brokoli salatı
Min bir faydası olan brokolidən ləzzətli salat resepti
Ərzaqlar
500 qram brokoli
3 ədəd soğan
2 ədəd kök
1 ədəd qırmızı bibər
1 stəkan bişmiş qarğıdalı
4 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı limon suyu
3 xörək qaşığı sirkə
1 çay qaşığı duz
Necə hazırlanır?
1. Çiçək-çiçək ayırdığınız brokolini və qabığını təmizlədiyiniz kökü qaynar suda 7-8 dəqiqə qaynadın.
2. Qaynadılmış tərəvəzlərinizi süzgəcin köməyi ilə çıxardın və soyumasını gözləyin.
3. İçərisini təmizlədiyiniz qırmızı bibəri yarım ay formasında doğrayın. Soğanları isə halqa formasında doğrayın.
4. Doğranmış və qaynadılmış bütün ərzaqları bir qaba töküb qarışdırın.
5. Sousu hazırlamaq üçün zeytun yağını, limon suyunu, sirkəni və duzu ayrı bir qabda çalın.
6. Sous hazır olduqdan sonra salatın üstünə əlavə edib, dərhal süfrəyə təqdim edin.
Qeyd: Tərəvəzlərinizi qaynatdıqdan sonra rənglərini itirməməsi üçün buzlu su dolu qabda 5 dəqiqə saxladıqdan sonra istifadə edin.
Nuş olsun!

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница