Вторник
окт 25

Qubadlı işğaldan necə azad edildi? - VİDEO

Qubadlının işğaldan azad olunmasından iki il ötür.
Vətən müharibəsinin iştirakçıları Baku TV-yə Qubadlı döyüşlərinin detallarından danışıblar.
Rabitəçi İbrahim Əliyevin sözlərinə görə, Qubadlıda gedən döyüşlər zamanı düşmən bütün növ iriçaplı silahlardan istifadə etsə də, sonunda geri çəkilməyə məcbur edilib.
Qubadlı əməliyyatı hərbçilərimizdən son dərəcə peşəkarlıq və fədakarlıq tələb edirdi. Çünki şəhərə gedən yol ətraf yüksəkliklərin azad olunmasından keçirdi. Həmin yüksəkliklərdən biri − Yazı düzünün azad olunması ilə ordumuz Qubadlı və Laçın istiqamətində əməliyyatları həyata keçirmək üçün üstünlük qazandı. Aprel döyüşlərində xüsusi rəşadət göstərən Milli Qəhrəman polkovnik Şükür Həmidov da bu ərazidə şəhidlik zirvəsinə ucalıb.
Komando Şamxal Hüseynov qeyd edib ki, ərazinin düzənlik olması ordumuz üçün məhdudiyyətlər yaradıb. Lakin məqsəd rayonun mərkəzini və ətraf kəndlərini azad etmək idi. Çünki Laçın dəhlizinə çatmaq üçün bu, vacib idi.
"Düzənlik olmasına baxmayaraq, düşmənin görmədiyi "kor" nöqtələrlə hərəkət edərək çalışırdıq ki, bizi ancaq onlara tam yaxınlaşanda görsünlər", - deyə komando əlavə edib.
Ətraflı videonu təqdim edirik:

Комментарии (0)

Оставить комментарий