• USD: 55.2987
  • EUR: 52.7379
  • BYN: 22.2952
  • KZT: 11.5957
  • UAH: 14.9780
  • TRY: 29.8581

Şəhid Qurbanov Yusif Goranboyda dəfn edilib - FOTO

Şəhid Qurbanov Yusif Goranboyda dəfn edilib - FOTO
Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında yaralanan Azərbaycan Ordusunun hərbiçisi gizir Qurbanov Yusif Asif oğlu hospitalda vəfat edib. Şəhidimiz Goranboyda dəfn edilib.
APA-nın məlumatına görə şəhidin yaşadığı Şəfəq kəndində vida mərasimi keçirilib.
Daha sonra şəhid Yusif Qurbanov kənd qəbiristanlığında torpağa tapşırılıb. Mərasim iştirakçıları şəhidimizi "Qarabağ Azərbaycandır", "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirərək, son mənzilə yola salıblar. Dəfn mərasimində şəhidin yaxınları, rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri, kənd sakinləri, onun müəllimləri, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını icra başçısı Məhərrəm Quliyev tərəfindən şəhidin atasına təqdim edib.
Dəfndə fəxri qarovul düzülüb, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb. Qurbanov Yusif 44 günlük vətən müharibəsində iştirak edib. Həmin döyüşlərdə bir neçə dəfə yaralanıb. Şəhidimiz nişanlı olub. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.






Qarabag
Dövlət başçısı: "Siz Paşinyandan soruşmalısınız onun əsgəri orada nə edir?"

Dövlət başçısı: "Siz Paşinyandan soruşmalısınız onun..

"Bizim əsgərlərimiz öz torpağımız uğrunda həlak olurlar. Bizim əsgərlərimiz tarixi və beynəlxalq...

Qarabag
Xankəndiyə daha çox azərbaycanlı köçürülə bilər - AÇIQLAMA

Xankəndiyə daha çox azərbaycanlı köçürülə bilər -..

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Xankəndiyə azərbaycanlıların köçürülməsi...

Qarabag
Azərbaycanda qaçırılaraq zorlanan qadının doğduğu uşağı ermənilər Yerevana apardılar

Azərbaycanda qaçırılaraq zorlanan qadının doğduğu..

Qaçırılaraq zorlanan qadının dünyaya gətirdiyi uşağı ermənilər övladlığa götürüb Yerevana apardılar....

Qarabag
Şəhid Qurbanov Yusif Goranboyda dəfn edilib - FOTO

Şəhid Qurbanov Yusif Goranboyda dəfn edilib - FOTO..

Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri...

Xeberler / Qarabag
Bu gün Kəlbəcər işğaldan azad edilir

Bu gün Kəlbəcər işğaldan azad edilir..

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya...

Xeberler / Qarabag / Siyasət
Zəngilanın 1 qəsəbəsi və 13 kəndi işğaldan AZAD EDİLDİ

Zəngilanın 1 qəsəbəsi və 13 kəndi işğaldan AZAD EDİLDİ..

"Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli,...

Rəylər (0)