06 июл 2017, 20:44,
Admin
0 Комментариев 725 Просмотов
Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Nyu-York şəhərinə yola düşüb.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, N. Sadıkov iyulun 6-7-də Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında keçiriləcək Baş Qərargah Rəislərinin ikinci Beynəlxalq Konfransında iştirak edəcək.