19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu 19:21 Hansı ət növü bədənə daha XEYİRLİDİR? - Dovşan, xoruz, balıq, camış.... 19:20 Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixdən leysan olacaq, şimşək çaxacaq 19:19 DÇ-2026: Azərbaycan - İslandiya oyununda ikinci qol vurulub 22:48 Niyə insanlarda həm süd, həm də daimi dişlər olur? 22:47 Bu bürcləri sevgi həyatında taleyüklü dəyişikliklər gözləyir: kimlərdir onlar? 10:14 Ölümü ilə bütün dünyanı ağladan müsəlman milyarder 20:49 Robert De Niro Bakıya gələcək 20:48 Noyabr ayının ən faydalı mövsüm meyvəsi - Şirəsindən gündə bir stəkan içmək… 20:47 Alimlər infarkt və insultun qarşısını almağın yeni yolunu KƏŞF ETDİ - Bu dərmanla…

Azərbaycanda faciə: Toyuna hazırlaşan qız gözəllik salonuna gedərkən qəzada öldü - YENİLƏNİB

Azərbaycanda faciə: Toyuna hazırlaşan qız gözəllik salonuna gedərkən qəzada öldü - YENİLƏNİB
Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı kanala düşən şəxsin meyiti tapılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Günay Hüseynovanın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, qəzada həlak olan gəlin Nuranə Hüseynova ilə Günay Hüseynova əmiqızıdırlar.
***
Daxili İşlər Nazirliyi Yevlax rayonunda bu gün toyu olacaq qızın gözəllik salonuna gedərkən yol qəzasında ölməsi barədə məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi BMW markalı avtomobili su kanalına aşırıb:
"Nəticədə F.Qasımov və sərnişini Nuranə Hüseynova ölüblər. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir".
Faktla bağlı araşdırma aparılır.
***
Yevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb.
"Report"un bölgə müxbiri xəbər verir ki, minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb.
Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan bir qadın və bir kişi həlak olublar.
Onların meyitləri tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Məlumata görə, qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi qız toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.


Яндекс.Метрика MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница