22:45 Samirə Əfəndidən onu tənqid edənlərə cavab: "Peşman deyiləm" 22:44 Maşın bazarının Ağdama köçürülməsi xəbərinə - RƏSMİ REAKSİYA 22:39 Cənubi Qafqaz statistikası: Ən aşağı işsizlik göstəricisi Azərbaycanda 22:37 Uçuş zamanı bu kitablar narahatlığı aradan qaldırır 22:35 "Soyuq Əllər, İsti Ürək" yarmarkası bu gün AÇILIR 22:34 Azərbaycanlı müğənni yutubdan bir aya 28 900 AZN qazanıb 19:11 Pulumuzu hansına çevirək, DOLLAR, QIZIL, DAŞINMAZ ƏMLAK? - ekspert açıqladı 19:10 Koronavirus yenidən YAYILIB? - infeksionist AÇIQLADI 19:08 Bu rayonlarda torpaqlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI 19:06 ABŞ-li jurnalist qadın: "Ağ Ev Makronun mənə qarşı sui-qəsd cəhdində iştirakını təsdiqlədi"

Bakıdakı duman nə vaxt bitəcək?

Bakıdakı duman nə vaxt bitəcək?
Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti martın 2-si səhərədək fasilələrlə müşahidə olunacaq.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Axşam.az-a bildirib ki, dumanlı hava şəraitinə səbəb Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkət etməsidir.
"Belə ki, yüksək təzyiq sahəsində yer səthində gündüz saatlarında havanın temperaturunun yüksək olması nəticəsində atmosferin aşağı qatlarında olan isti hava axını yuxarıya doğru hərəkət edir. Gecə saatlarında da temperaturun nisbətən aşağı olması, yer səthində və yuxarı hündürlüklərdə az sürətli cənub-şərq küləklərinin üstünlüyü dumanın əmələ gəlməsinə səbəb olub",- qrurum rəsmisi deyib.
G.Məmmədova qeyd edib ki, Bakı, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Şabran, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Astarada dumanlı hava şəraiti müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb:
"Müqayisə üçün bildirək ki, fevralda dumanlı günlər Abşeron yarımadasında 2012, 2013, 2014 , 2015, 2016, 2018, 2019, 2020, 2021, 2022-ci illərdə qeydə alınıb. Lakin bu il fevral ayında Bakı şəhəri və onun ətrafında, əvvəlki illərdən fərqli olaraq 3 gün ərzində davamlı qatı duman müşahidə edilir".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница