29.10.2017 Paylaşdı: Admin 771 0

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Hava
0

Sabaha olan hava proqnozu açıqlandı


Oktyabrın 30-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman gözlənilir.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 14-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 14-16°, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 21-26° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
MP3
Təqvim
«    Ноябрь 2022    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

Опрос

Aylıq qazancınız sizi qane edirmi?^


Statistika