^
U

Paşinyanın göz yaşları - Ermənistan faşist Almaniyasının aqibətini yaşayır


Oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi günüdür. Bu tarixi günü bu dəfə Azərbaycan vətəndaşları sevinclə qarşılayacaq. Azərbaycanın qonşuluğuna ermənilər köçürüləndən, daha dəqiqi bu etnik qrupa dövlət yaradılandan bəri Azərbaycan əhalisi heç bir böyük bayramını tam sevinclə qeyd edə bilmir.

Belə günlərdə Azərbaycanın bir gözü gülür, biri ağlayır. 1918-ci ilin 28 Mayında da, 1991-ci ilin 18 Oktyabrında da, 1992-ci ilin 2 martında (BMT-nin üzvlüyünə qəbul olunan gün) da bu hal təkrarlanıb.

Niyə həmişə belə olub? Bunun çox aydın səbəbi var: onda Azərbaycan dövləti güclü deyildi, möhkəmlənməmişdi, beynəlxalq aləmdə demək olar ki, tanınmırdı.

Bu il və bundan sonra yəqin belə bayramlarımız əvvəlkilərdən daha fərqli, sevinclə qeyd ediləcək. Azərbaycan vətəndaşlarının müstəqilliyinə bağlılığı və bir-birinə güvəni, etibarı daha çox olacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 14-də ölkəsinin ictimaiyyətinə müraciətində cəbhənin cənub və şimal istiqamətindən çıxdıqlarını bildirib: “Hamımız bilməliyik ki, çox mürəkkəb vəziyyət yaranıb. Hazırda çox böyük sayda canlı qüvvə itirmişik”.

Paşinyanın müraciətini Azərbaycan ordusunun cəbhədə dönüşünün etirafı da saymaq olar. Bu, işğalçı Ermənistanın kapituliyasiyasının başlanğıcıdır.

Yeri gəlmişkən, 1943-cü ildə Leninqrad blokadanı yarandan sonra sovet qoşunları Qafqazda əks-hücuma keçib, alman faşistlərini geri oturtdu. 1943-cü ilin yayında baş vermiş Kursk döyüşündə faşistlərin məğlub edilməsi ilə sovet-alman cəbhəsində əsaslı dönüş başa çatdı.

Faşistlər işğal etdikləri torpaqlardan qovuldular. Hitlerin hakimiyyətində parçalanma yarandı. Bir qrup ABŞ və Böyük Britaniya ilə danışıqlara başlamağın tərəfdarı kimi çıxış etdi.

Bundan sonra 1944-cü ilin sonuna kimi SSRİ ərazisi faşistlərdən tamamilə azad edildi.

Hitler Almaniyası bu ağır məğlubiyyətdən sonra cəbhədə dönüş yaratmağa çalışsa da itkilər verərək işğal etdiyi torpaqlardan çıxmağa başladı. İkinci dünya müharibəsindən sonra Almaniya parçalandı və s.

Ermənilər və Ermənistan 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlayırlar. Azərbaycan onları torpaqlardan çıxarmaq üçün əks-hücum əməliyyatına başladı. İşğalçıların döyüşləri uduzması Ermənistanda hakimiyyət daxilində və siyasi dairələrdə çaxnaşmalarla müşayiət olunur.

Paşinyanın göz yaşları - Ermənistan faşist Almaniyasının aqibətini yaşayır


Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov yaranmış vəziyyətə görə indiki hakimiyyəti ittiham edib. Onun sözlərinə görə, 2016-cı ilin aprelində Azərbaycan öz məqsədinə “çata bilməmişdi”:

“Nikolun danışıqları öz baxışlarına əsasən, uzağı görməzliyi ilə başlaması nəticəsində bu şərait yaranıb”.

Ötən gün Ermənistan Kommunist Partiyası da ölkədə yaranmış vəziyyətlə bağlı etiraz aksiyası keçirib.

Ermənistan müdafiə nazirliyinin sözçüsü Arsurun Ovannisyan da oktyabrın 14-də baş nazirinin etiraflarından məyusluğunu gizlədə bilməyib. “Facebook” sosial şəbəkəsindəki səhifəsində o, ötən günlərin həsrətini çəkərək bildirib ki, 1991-1994-cü ildəki 1 000 günlük müharibədə “daha üstün mövqedə” olublar.

Yaxın günlərdə o biri müxalif siyasilərin də öz mövqelərini bəyan edəcəkləri istisna edilmir. Belə ehtimal etmək olar ki, Nikol Paşinyanın cəbhədə məğlubiyyəti Ermənistanda iddialı bütün siyasi qüvvələrin birləşməsinə təsir edəcək. Bu isə döyüşlərdən sonra Ermənistanda siyasi müstəvidə qızğın mübarizənin gedəcəyini ehtimal etməyə əsas verir. 1998-ci il oktyabrın 27-də bu ölkənin parlamentində dövlət xadimlər və deputatların terror olunmasına oxşar hadisələrin baş verə biləcəyi ehtimalını da artırır.

Təbii ki, indiki şəraitdə siyasi qüvvələr arasında mübahisələrin düşməsi, dolaşıq məsələlərin çözülməsi, haqq-hesabın çürüdülməsi yersiz görünsə də, görünür, döyüşlərin başa çatmasını gözləməyə Ermənistanda bəzilərinin səbri çatmır.

Hitler kimi perspektivdə Paşinyanın da çıxış yolu ölkədə repressiyanı gücləndirməkdən keçəcəyi istisna edilmir.

Faşist Almaniyasının sonuna yaxın Adolf zabitləri ruhlandırmaq üçün onlara ali hərbi rütbələr və ordenlər verirdi. Nikol Paşinyanın da oktyabrın 15-də “rütbə və orden paylaması” Hitler Almaniyasının son dövrünü xatırladır.

Nəzərə almaq lazımdır ki, Ermənistan hökumətinin başçısı da faşistlərin əlaltısı olmuş, türk düşməni Qaregin Njdenin yaratdığı kin-nifrət dolu ideologiyaya xidmət edir. Onun babası Nikol Vartanoviç Paşinyan isə faşistlər tərəfindən döyüşüb.

Bu baxımdan faşist əcdadının aqibətini nəvə Nikolun yaşaması da qanunuyğunluq, ilahi ədalətin təntənəsidir.

Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan Ermənistan vətəndaşlarını aldadır. Nikol öz vətəndaşlarına müraciətində timsah kimi göz yaşı axıdaraq saxtakarlığını nümayiş etdirib. Anna isə işğal altında olan Azərbaycan torpaqlarına uzanıb, şəkil çəkdirsə də, ermənilərin olmadığı üçün Qarabağda döyüşlərdə ölmədi. Erməni gəncləri işğalçı ordunun tərkibində Azərbaycan əsgəri tərəfindən zərərsizləşdirilir. Ancaq Nikolun oğlu Aşot Paşinyan hələ də hərbi hissəyə gedib çata bilməyib. Çünki Anna Akopyan Qarabağa Qaratel Hacıməmmədova, Salatın Əsgərova qədər bağlı deyil.

Azərbaycan ordusu 18 Oktyabrı və başqa dövlət bayramlarını əvvəlkilərdən daha şad qeyd etmək üçün torpaqları işğalçı, faşist Njde və Nikolun törəmələrindən təmizləyir. “Haqq nazilər, ancaq üzülməz”, deyiblər. Gec-tez işğalçı yerində oturacaq. Ermənistan hakimiyyəti isə faşist Almaniyasının aqibətini yaşayır...
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Afisa Oxunub: 527 Tarix: 16-10-2020, 14:50
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az