Четверг
янв 26

Səhraya qar yağdı - 11 il sonra

Əlcəzairdə səhraya qar yağıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin Mərakeşlə sərhədə yaxın olan Beşar bölgəsində olub.
Bildirilib ki, sonuncu dəfə belə hava şəraiti 11 il əvvəl - 2012-ci ildə müşahidə olunub. Bu, əhalinin sevincinə səbəb olub.
Mütəxəssislərin rəyinə görə, 3 ildən çoxdur kəskin quraqlıq şəraitində ölkədə yeraltı suların azalması, çayların quruması su çatışmazlığının yaranmasına səbəb olmuşdu və qar yağması ölkənin su ehtiyatları baxımından müsbət haldır.

Комментарии (0)

Оставить комментарий