Среда
мар 18

Las-Veqasda yarım əsrdə İLK DƏFƏ bütün kazinolar BAĞLANDI

Las-Veqasda yarım əsrdə İLK DƏFƏ bütün kazinolar BAĞLANDI


ABŞ-ın Nevada əyalətinin qubernatoru Stiv Sisolak koronavirus infeksiyasının yayılması ilə bağlı ərazidəki bütün kazinoların bağlanacağını elan edib.

MAY.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Associated Press" yazır.

Siyasətçinin əmrinə əsasən, Nevada ştatındakı kazinolar, barlar, kinoteatrlar və idman zalları fəaliyyətini dayandıracaq. Restoranlar bağlamacaq, lakin çatdırılma xidməti işini davam etdirəcək.

Bütün qurumlar martın 18-də bağlanmalıdır

Sonuncu dəfə belə hadisə yarım əsrdən çox öncə, 25 noyabr 1963-cü ildə prezident Con Kennedinin cənazə mərasimi ilə əlaqədar baş vermişdi.

“Şübhəsiz Nevada xalqının sağlamlığı və təhlükəsizliyi üçün bu addımı atmalıyıq. Xahiş edirəm, Nevada üçün evdə qalın”,- deyə Sisolak Las-Veqasda mətbuat konfransı zamanı əhaliyə müraciət edib.

Agentliyin məlumatına əsasən, ştatda 50-dən çox koronavirus infeksiyası aşkarlanıb.

Las-Vegas ABŞ-ın qumar paytaxtı hesab olunur. Şəhərdə yüzdən çox kazino var.

Natəvan Baxşiyeva

Комментарии (0)

Оставить комментарий