26
декабря
2019
14:37
"Futbola baxa-baxa toy oxuyurdum"- Əməkdar artist
Əməkdar artist Baloğlan Əşrəfov "Ona qalsa" verilişində qonaq olub.
BiG.AZ xəbər verir ki, aparıcı Nazilə Səfərli müğənniyə futbol azarkeşi olması ilə bağlı sual verib.
Əməkdar artist bildirib ki, hətta vaxtilə toy apardığı zaman televizorda futbol izləyirmiş.
" Futbol azarkeşi olduğumu hamı bilir. Yalan olmasın bir il qabaq baxırdım ki, Neftçi nə vaxt oynayır həmin günə yalandan yazırdım guya Bakıya toy danışmışam. Toya bir, iki gün qalmış məlumat verirdim musiqiçilərə ki, toy dayandı. Bir dəfə dayandı, iki dəfə dayandı axırda musiqiçilər fikirləşdi ki, necə olur ki, həmişə Bakı toyu dayanır. Bir dəfə məni izləyib Neftçinin stadionunda görürlər. Sonra elə toyçu oldu ki, mənə dedi sənin oturduğun toyxanaya uzun kabel çəkmişəm və televizoru qoydular masanın altında. Mən həm toy aparırdım həm də futbola baxırdım".