08
сентября
2016
20:19
Bakda su quyusundan iki meyit tapıldı
Bakıda iki nəfər su quyusuna düşərək boğulub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda, dərinliyi təxminən 20 m olan su quyusuna 2 nəfərin düşməsi və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlunun və 1961-ci il təvəllüdlü Doktorov Anatoliy Dmitriyeviçin cəsədlərini su quyusundan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.