23
декабря
2019
00:40
Zibilliyə atılan uşaq böyüyüb milyonçu oldu
Milyonçu Freddi Fiqqersin həyatı nağılı xatırladır. 1989-cu ildə ABŞ-ın Florida ştatında dünyaya göz açan körpəni anası zibilliyə atır. O vaxt qadının ağlına da gəlmir ki, bu körpəni necə bir gələcək gözləyir.
“World of Buzz” milyonçunun həyatı haqqında məlumat yayıb.
Çarəsiz körpəni yoldan keçənlər görür və polisə xəbər edirlər. Uşaq xəstəxanaya yerləşdirilir, daha sonra isə bir ailəyə övladlığa verilir. Figgers ailəsi uşağa Freddi adını verir.
Uşaq özünü dərk edəndən sonra onu övladlığa götürmüş valideynləri əsl həqiqəti açıqlayırlar. Freddi həqiqəti bildiyi vaxtı belə xatırlayır:
“Bir az böyüyəndən sonra valideynlərim mənə hər şeyi danışdılar. Düzünü deyim ki, mən buna görə çox narahat olur və utanırdım”.
Freddinin 9 yaşı olanda atası ona işlənmiş kompüter alır. Məqsədi uşağın başını qatmaq və narahat edən problemlərdən uzaqlaşdırmaq olur. Lakin elə bu hədiyyə ilə uşaq başa düşür ki, gələcəyi texnologiyalarla bağlı olacaq.
13 yaşına kompüter təmirinə başlayan Freddi artıq 15 yaşında özünün kompüterlərin təmiri ilə məşğul olan şirkətini qurub.
Çox keçmir ki, yeniyetmə GPS-treker ixtira edir. Ayaqqabıya yerləşdirilən bu qurğunu Freddi valideynlərini izləmək üçün istifadə edir. Lakin bu cihaza böyük tələbat yaranır və Freddi buna görə, 2,2 milyon dollar qazanır.
Hazırda zibillikdən tapılan körpə “Figgers Wireless” adlı şirkətin sahibidir. Onun varidatı 62 milyon dollardan artıqdır. (oxu)