08
сентября
2016
11:36
Bu bank dollar limitini ləğv etdi: İstənilən qədər dollar almaq olar
Azərbaycanda bir bank dollara qoyulan limiti tam aradan qaldırılıb.
May.Az-in məlumatına görə, "Azər Türk Bank" ABŞ valyutasının satışına qoyulan 200 dollarlıq limiti ləğv edib.
Bankın mətbuat katibi Nəsimi Cəfərov BAKU.WS-ə açıqlamasında bu məlumatı təsdiq edib. Bank rəsmisi bildirib ki, vətəndaşlar istənilən qədər dolları bankın filiallarına yaxınlaşaraq ala bilər.
Qeyd edək ki, "Azər Türk Bank"da hazırda dollar satışı 1.7059 AZN-ə həyata keçirilir.
Şahin Həbibov