17
декабря
2019
19:21
"Beləsi varsa gəlsin" - 3 dəfə nişanı qayıdan Günel
“Bəzən birinə ruhunu, qəlbini əmanət etmək istəyərsən. Baxarsan ki, bu zamanadək yalnızlaşıb, qırılıb. Bəlkə də səninlə bütövləşsə, yenidən normala dönəcək, insanlara inanacaq”.
ON3.AZ xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb.
O, mahnı ifa edərkən videosunu paylaşıb və birini gözlədiyinə bu sözlərlə eyham vurub:
“Qonaqpərvərlik ruhumuzda var. Sadəcə qalıcı olanlar, gəlib getmək istəməyənlərin üzünə xoş baxmayanda hiss edir, yadlaşır. Özü gedir. Belə düşünün: Bir məsciddə tərk edilmiş körpəni sevməziniz? Sahiblənmərsiniz? Öz canın kimi qorumazsınız? Xəstəlikdə, sağlamlıqda tək ürək kimi sarılmazsınız? Beləsi varsa, gəlsin. Yoxdursa, iki addım o tərəfdə gözləsin”.