14
декабря
2019
22:11
Ronaldunun qonşusu mətbuata onun haqqında danışdı
“Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldu ilə eyni ərazidə yaşayan Elizabet Borel adlı Turin sakini futbolçunu “ideal qonşu” adlandırıb.
ON3.AZ oxu.az-a istinadən bildirir ki, İtaliyanın “Corriere della Sera” qəzeti qadının müsahibəsini təqdim edib.
Qonşu deyib ki, futbolçunu hər zaman cangüdənlər müşayiət etsə də, o, tez-tez küçədə oğlu ilə birlikdə skeytbord sürür.
E.Borel deyib ki, forvardın sevgilisi Corcina Rodrigesi də mühafizə edirlər. Bundan başqa, ona dayə də köməklik edir.