05
декабря
2019
08:54
Qardaşından məşhur futbolçu haqda sensasiyalı açıqlama
“Mançester Yunayted”in əfsanəvi futbolçusu Rayan Giqqz Uels millisini də uğura doğru aparır. Ancaq bir neçə il əvvəl etdiyi səhv onu rahat buraxmır.
BiG.AZ qol.az-a istinadən xəbər verir ki, 46 yaşlı çalışdırıcının qardaşı Rodri Giqqsin illər sonra verdiyi açıqlama Britaniya, eləcə də dünya mətbuatında gündəmi zəbt edib.
Rodri qardaşının ona həyat yoldaşı ilə xəyanət etməsi ilə bağlı ilk dəfə mətbuata danışıb. O, bu hadisədən sonra qardaşı ilə küsülü olduğunu deyib.
Rodri anasının da Rayanın tərəfini tutduğunu və onunla danışmadığını bildirib:
“Çünki mənim 35 medalım yoxdur, “Mançester Yunayted”də 20 il oynamamışam və böyük bir evə sahib deyiləm. Sanki xəyanəti mən eləmişəm. 3 uşağım var. Biri 3, digəri 5 yaşından anamla danışmır. O biri 7-8 ildir anamı görmür. Ailəmdən heç kimlə danışmıram. Amma hamısı Rayan ilə danışırlar. Onlar Uelsdə yaşayır, Rayanın hesabına gözəl həyat sürürlər. Onların sevdiyi budur”.
Həyat yoldaşı Nataşa ilə qardaşının arasında yaşananları atasından öyrəndiyini deyən Rodri həmin gündən bir gün əvvəl Nataşanın uşaqlarını da götürüb, İspaniyaya getdiyini deyib.
Rodri ilə Nataşa 2010-cu ildə evlənib. Məlum hadisəyə görə 2013-cü ildə ayrılıblar.
Rayan Giqqs isə 2017-ci ildə həyat yoldaşı ilə boşanıb.
Xatırladaq ki, R.Giqqsin atası Denni Uilson da ötən il oğlu haqda şok açıqlamalar vermişdi. O, qardaşının arvadı ilə 8 il eşq məcarası yaşayan oğlunu ləyaqətsiz adlandırmışdı.