"Facebook"un yaradıcısı: Biz uşaqlarımıza hər şeyi vermirik
Həyat tərzi 599

"Facebook"un yaradıcısı: Biz uşaqlarımıza hər şeyi vermirik

"Facebook"un yaradıcısı: Biz uşaqlarımıza hər şeyi vermirik


“Facebook”un yaradıcısı Mark Zukerberq və xanımı Pristsilla Çen Kaliforniyadakı yeddi milyon dollarlıq evlərinin qapılarını (CBS) kameraları üçün açıb.

Bu barədə “Daily Mail” xəbər verib.

Aparıcı Geyl Kinq onlardan bu qədər maddi imkan olduğu halda övladlarına necə tərbiyə verdiklərini soruşub. Cütlük qızları dörd yaşlı Maksimlə, iki yaşlı Avqustu “disiplinli” olmağa və əməksevərliyi aşılamağa çalışdıqlarını deyiblər:

“Biz onlara hər şeyi vermirik. Düşünürəm ki, bu vacibdir. Həmçinin, onların öz vəzifələri var”, - deyə Zukerberq bildirib.

Bundan başqa, onlar uşaqlara ev tapşırıqları verdiklərini və özləri ilə işə apardıqlarını söyləyiblər.

“Biz onları özümüzlə işə aparırıq ki, nəyi necə etdiyimizi görsünlər”, - deyə Çen vurğulayıb.

Son xəbərlər