"Botoksun əlehinəyəm" - Mələkxanım Əyyubova
Şou-biznes 667

"Botoksun əlehinəyəm" - Mələkxanım Əyyubova

"Botoksun əlehinəyəm" - Mələkxanım Əyyubova


“Mən süni şeylərdən uzağam. Botoksun əlehinəyəm. Botoks zamanəmizin dəhşətli bəlasıdır”.

Bu sözləri Xalq artisti Mələkxanım Əyyubova Axşam.az-a açıqlamasında söyləyib.

Sənətçi təbii şəkildə qocalmaq istədiyini bildirib:

“Təbii gözəlliyi daha çox sevirəm. Plastik əməliyyatlara normal baxıram. Ehtiyac duysam, plastik əməliyyat etdirərəm. Üzümdə qırışlar yaransa da, onları aradan qaldırmaq istəmərəm. Qoy, təbii qocalım. Gəncliyimdən özümə baxıram. Bəlkə də tamaşaçılar elə bilirlər ki, üzümə dolğular və botokslar etdirmişəm. Amma bu, belə deyil. Özünüz də görürsünüz ki, danışanda, güləndə qırışlarım üzə çıxır. Xanımlarımız gözəl vitaminlərdən, mezolardan istifadə etsinlər. Bunlar üzün gənc qalması üçün çox yaxşıdır. Botoks etdirsəm, üz cizgilərim itər. Müəyyən yaş həddi var ki, orada nəsə etmək olar. Hər bir xanımın özünəməxsus gözəlliyi, şarmı, mimikası var. Onu itirdinsə, sən özün olmursan”.

Son xəbərlər