Gələn ili daha yaxşı etmək üçün 6 üsul
Maraqlı ve Meslehetli 808

Gələn ili daha yaxşı etmək üçün 6 üsul

Gələn ili daha yaxşı etmək üçün 6 üsul



Hər ilin sonunda biz arzu tuturuq və xəyal edirik ki, gələcəkdə bizə yalnız xoşbəxtlik, sağlam həyat, var-dövlət qismət olsun. Amma bunlar üçün gözləmək yox, hərəkət etmək lazmıdır...

“Qafqazinfo” “MedikForum”a istinadən bunu necə etməyi və növbəti ildə həyatı yaxşılaşdırmağın 6 üsulunu təqdim edir:

Kiçik addımlar atın

Yeni ili sıfırdan başlamaq qərarına gələndən sonra ona müvafiq olaraq hərəkət etmək lazımdır. Lakin qoyulan məqsədlərə çatmaq üçün böyük yox, kiçik addımlar atmaq kifayət edir. Məlumdur ki, onlar böyük nəticə verir.

Hər şeyi üst-üstə yeməyin

Gələn il daha yaxşı olmalıdır, bu isə o deməkdir ki, sizin bədən quruluşunuz da daha yaxşı görünməlidir. Bunun üçün sağlam qidalanmaq qərarına gəlin. Hər axşam sabah nə yeyəcəyinizi planlaşdırın. Bu yolla siz zərərli qidalardan uzaq dura biləcəksiniz.

Zərərli vərdişlərdən imtina edin

Bu, təkcə siqaret çəkmək və alkoqol qəbul etmək deyil. Bu, sizin sağlam həyata bağlılığınzı pozan hər şeydir. Məsələn, çips yemək, iş masası arxasında səhv oturmaq və ya məşqləri buraxmaq.

Sağlamlığınızı yoxlayın

Müasir dövrdə müayinələr son dərəcə vacibidr. Ginekoloq və ya uroloq, mammoloq, terapevt yanına getməyi adətə çevirmək lazımdır. Bu yolla siz öz sağlamlığınızı nəzarət altında saxlaya və yarana biləcək xəstəlik haqda vaxtında xəbər tutub onu müalicə edə biləcəksiniz.

Turş süd məhsullarını sevin

Probitotiklər bağırsaq üçün çox faydalıdır. Çox qəribə səslənsə də, sağlamlıq məhz ondan başlayır. Qida rasionunuza çay göbələyi, yoqurt, kefir əlavə etsəniz, pis olmaz.

Yuxu rejimi təyin edin

Ən idealı eyni saatda yatıb-durmaqdır. Hər ikisi üçün dəqiq vaxt təyin edin. Məsələn, axşam saat 23:00 və səhər saat 07:00. Bu, sizin həyat keyfiyyətinizi yaxşılaşdırmağa imkan verəcək.

Oxşar xəbərlər

Son xəbərlər