22
ноября
2019
14:48
Azərbaycanda qadınlar tərəfindən döyülən kişilərin sayı açıqlanıb
"Son 14 ildə qadınlar tərəfindən döyülən kişilərlə bağlı 2 dəfə bizə müraciət olunub".
MAY.AZ bunu bu gün keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
H. Hüseynova deyib ki, Komitəyə 85 yaşlı kişi şikayət edib: "Arvadın isə 82 yaşı vardı. Bizim psixoloqlar, mən söhbət etdik. Nəvə, nəticələri də vardı. Məlum oldu ki, kişidə alzheimer, yaddaş xəstəliyi yaranıb, döyülmə halı olmayıb".
Dövlət Komitəsinin sədri qeyd edib ki, həbsxanada bir gözəl qadın görüb: "Mənə dedilər ki, həyat yoldaşının başını kəsib. Məlum oldu ki, həyat yoldaşı narkoman olub, onu döyüb. Qadın elə hala düşüb ki, həyat yoldaşı yatan zaman başını kəsib".
H. Hüseynova nəzərə çatdırıb ki, Azərbaycanda qadınlara qarşı çox cinayət işləri açılmır: "Qadın yüksək vəzifəyə təyin olunsa da, ailəsinin xanımıdır. Biz kişilərin də hüquqlarını müdafiə edirik".