22
ноября
2019
14:44
Tələbə qızlar "Suşi"dən yox, bu qidadan zəhərləniblərmiş
Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Nəticədə 3 tələbə zəhərlənib. Zəhərlənmələri ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Qeyd edək ki, qızların suşidən zəhərlənməsi iddia edilirdi.
Bununla bağlı "Leykemiya ilə mübarizə" İctimai Birliyinin sədri Mehriban Bağırova Sonxeber.az-a bildirib ki, hazırda hər iki qızın vəziyyəti yaxşıdır:"Axşam zəhərlənən qızlardan birinin də öldüyü xəbəri yayılmışdı. Bizim fəallar dərhal xəstəxanaya getdilər. Yayılan ölüm xəbərin yalnış olduğu ortaya çıxdı. Qızlar suşini 3 gün öncə yeyiblər. Qızlar axşam mağazadan aldıqları "Rollton" supunu içiblər. Xəstələrin yanına bizi buraxmırlar. Həmidənın anası bu gün Bakıya gəlir. Dünən Həmidənin yanında xalası ilə dayısı olub. Bizdə mütəmadı qızlara baş çəkirik".
Qeyd edək ki, zəhərlənən qızlardan Həmidə İbadova Leykemiya ilə Mübarizə İctimai Birliyi adlı yerdə könüllü müəllim vəzifəsində çalışır.