Savadsız insanlarda bu xəstəlik 3 dəfə daha çoxdur - ARAŞDIRMA
Sağlam ol 572

Savadsız insanlarda bu xəstəlik 3 dəfə daha çoxdur - ARAŞDIRMA

Savadsız insanlarda bu xəstəlik 3 dəfə daha çoxdur - ARAŞDIRMA


Aparılan son araşdırmalara görə, savadsız şəxslərdə demensiya xəstəliyi, ağlını itirmə, huşsuzluq ehtimalı digər insanlarla müqayisədə 3 dəfə daha çoxdur.

Medicina.az xəbər verir ki, "Nevrologiya" jurnalında yayımlanan araşdırmanın nəticələri olduqca fərqlidir. Belə ki, tədqiqatda Dominikan Respublikasında kənd yerlərində doğulmuş və orada yaşayan, ortalama yaşı 77 olan 983 şəxs iştirak edib.

Tədqiqatın əvvəlində 18 ay- 2 il aralığında sağlıq müayinəsi və düşünmə testlərindən keçirilən bu şəxslərin 237-nin oxuma yazma bilmədiyi aşkarlanıb. Bu qrupdakı 83 şəxsdə demensiya xəstəliyinin ilkin forması aşkarlanıb.

Kolumbiya Universitetinin alimi Jennifer J. Manly, araşdırmanın oxuma-yazma savadının olmasının beyni bir sıra yöndən gücləndirdiyini və bu tip xəstəliyin qarşısını aldığını bildirib.

Həkimin sözlərinə görə, bir neçə illik olsa belə təhsil alan və ilkin savadı olan insanlar, bu bacarıqları olmayan insanlara nisbətən avantaja sahibdilər.

Oxşar xəbərlər

Son xəbərlər