"Tərkibində palma yağı olan qidalar ziyandır?" - Baş Kardioloqdan AÇIQLAMA
Sağlam ol 646

"Tərkibində palma yağı olan qidalar ziyandır?" - Baş Kardioloqdan AÇIQLAMA

"Tərkibində palma yağı olan qidalar ziyandır?" - Baş Kardioloqdan AÇIQLAMA


Sağlamlıq hər birimizin həyatının ən vacib məsələsidir. Bunun üçün də düzgün qidalanma önəmli şərtlərdən biridir. Məsələn, dünənə qədər heyvan mənşəli yağlardan istifadə edirdiksə, bu gün artıq günəbaxan, xarici dövlətlərdən ixrac edilən, yeməklərimizə dad qatan zeytun və şirniyyatların tərkibinə əlavə edilən palma yağlarını buna nümunə göstərə bilərik. Məlumatlarda bu yağların tərkibinın insan orqanizminə zərərli təsirləri olduğu deyilir. Bu yağlardan biri məhz palma yağıdır, hansı ki, ÜST təşkilatı da bu yağın ürəyin işemik xəstəliyinin yaranmasında əlaqəsinin olduğunu deyir.

Bununla bağlı Sonxeber.az- a danışan professor, baş kardioloq Yusif Nağıyev açıqlamasında qeyd edir ki, palma yağı bizim üçün təzə məhsul sayıldığı üçün genetik olaraq bizə uyğun deyil. Tədqiqatlar aparılmadığına görə palma yağının ürəyin işemik xəstəliyinin yaranmasında rolunun olduğunu deyə bilmərik:

"Təmiz bir eksperiment şəraitində bu yağın hansı fəsadları ola bilər, aşkarlanmayıb. Bəlkə də o məhsul hansısa immonoloji konflikt yaradır, ondan irəli gələn iltihabi proses ola bilər. Amma bunu sübutlar səviyyəsinə gətirmədən rəsmi olaraq birbaşa deyə bilmərik ki, bu yağlar ziyandır. Ümumi baxımdan desək, gələcəkdə bəzi cavan şəxslərin inkişafına təsir edə bilər".

Yusif Nağıyev deyib ki, bitki mənşəli yağlar heyvan mənşəli yağlardan üstündür. Çünki, bitki yağları doymamış yağlardır. O, bu yağların istehsalında maraqlı şəxslərin istənilən tərəfdən çıxış edərək, bu məhsul haqqında fərqli fikirlər deyə biləcəyini də əlavə edib:

"Dünyada iki böyük fikir var. Kimisi deyir ki, bitki mənşəli yağlar ziyandır, kimisi də deyir ki, müsbət təsir edə bilər. Yəni ki, palma yağı da doymamış yağ sayıldığı üçün da ürək – damar sisteminə müsbət təsir göstərdiyi haqqında fikirlər var. Tədqiqatların aparılması üçün böyük maliyyə vəsaitləri lazımdır, bu yağı istehsal edən şirkətlər məsələdə maraqlı olmalıdır. Məsələn, dərman şirkətləri öz dərmanlarını təbliğ etmək üçün buna gedirlər".

Həkim həmçinin dünyada heyvan mənşəli yağların ürək-damar sisteminə mənfi təsir etdiyini deyərək bildirib ki, bu gün Azərbaycanda elə bölgələr var, hansı ki, uzunömürlülər diyarı sayılır,həmin regionda yaşayan şəxslər elə heyvan yağlarından istifadə ediblər:
"Təcrübədə baxsaq, bizim babalar həmişə heyvan yağlarından istifadə ediblər. Elə bölgələr var ki, indi də istifadə edirlər. Bilirsiniz ki, Lerik Azərbaycanda uzunömürlülərin yaşadığı bölgə sayılır. Qeyd edim ki, onların menyusunda elə gündəlik olaraq ət və heyvan yağları üstünlük təşkil edir".

Son xəbərlər