16
августа
2016
01:11
Komadan ayılan Şumaxer mənəvi sarsıntı keçirir
"Formula ”-in əfsanəvi pilotu Mixael Şumaxerin sağalma prosesi olduqca ləng gedir.
May.Az xarici mətbuata istinadən xəbər verir ki, Cenevrədə özəl bir reabilitasiya mərkəzinə yerləşdirilən M.Şumaxerin mənəvi sarsıntı keçirdiyi bildirilir.
"Formula 1”in əfsanəvi pilotu 15 nəfər peşəkar həkimin nəzarəti altındadır. Hərkət qabiliyətini geri qazanmayan Şumaxer əlil arabasına bağlı şəkildə yaşayır.
Xəbərdə göstərilir ki, pilotun ailəsi ilə az-az görüşməyə icazə verilir. Çünki o, doğmalarını görən kimi ruh düşkünlüyünə düçar olur.
Xatırladaq ki, Mixael Şumaxer 2013-cü ildə Alp dağlarında xizəklə sürüşərkən yıxılmış, başı qayaya dəymişdi. O vaxtdan bəri "Qırmızı baron” yatağa məhkumdur.