Воскресенье
авг 14

Azərbaycanda bu il uşaqlara ən çox bu adlar qoyulub (SİYAHI)

Azərbaycanda bu il uşaqlara ən çox bu adlar qoyulub (SİYAHI)


Bu ilin 8 ayı ərzində Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edən adların statistikası açıqlanıb.

May.Az xəbər verir ki, Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bu il doğulan oğlan uşaqlarına ən çox verilən ad Yusif adıdır. Belə ki, 1841 uşağa Yusif adı qoyulub. Digər üstünlük təşkil oğlan adları isə Hüseyn (1300), Əli (1220), Ömər (978), Məhəmməd (756), Tunar (745), Murad (734), Ayxan (698), Uğur (677), İbrahimdir (497).

Bu ilin 8 ayı ərzində qız uşaqlarına qoyulan adlar arasında populyarlıq qazanan ad isə Zəhra adıdır. Belə ki, 1611 nəfərə bu ad verilib. Digər üstünlük təşkil edən qız adları isə Nuray (1249), Fatimə (1051), Zeynəb (1018), Aylin (952), Məryəm (871), Ayan (768), Mələk (756), Mədinə (597), Səmadır (592).

Комментарии (0)

Оставить комментарий