Tağıyevin kötücəsi ulu babasının heykəlini hazırlayan heykəltəraşla görüşüb - FOTO
Foto 678

Tağıyevin kötücəsi ulu babasının heykəlini hazırlayan heykəltəraşla görüşüb - FOTO

Tağıyevin kötücəsi ulu babasının heykəlini hazırlayan heykəltəraşla görüşüb - FOTO


Görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan kötücəsi Alban Klod Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədovla görüşüb, onun emalatxanasında olub. Alban Klod Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Sadıxın nəticəsidir. Azərbaycana ilk dəfə gələn A.Klod Fransada yaşayır və orada tarix üzrə təhsil alıb.

MAY.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Alban Klod görkəmli heykəltəraşın əsərləri ilə tanış olub. Rəssamın emalatxanasının bir kainat olduğunu vurğulayan qonaq müsabiqədə qalib gəlmiş əsəri çox bəyəndiyini söyləyib.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəli Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanacaq. Münsiflər heyətinin qərarına əsasən, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.

Hacı Zeynalabdin Tağıyevin heykəli metronun “İçərişəhər” stansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq.

Tağıyevin kötücəsi ulu babasının heykəlini hazırlayan heykəltəraşla görüşüb - FOTO

Son xəbərlər