02
ноября
2019
13:13
Qadınları "Instagram"da satışa çıxardılar
Küveytdə qadınları sosial şəbəkə üzərindən satan şəxslər aşkarlanıb.
MAY.AZ oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslər "Facebook" və "Instagram"da xüsusi həştəqlər yaradaraq qızların satışını reklam ediblər. Bu araşdırmadan sonra Küveyt hökuməti "Instagram"a müraciət edərək həmin hesabların və həştəqlərin silinməsini istəyib.
Sosial şəbəkələr bu tələbi yerinə yetirib və bundan sonra bu mövzuda daha həssas olacaqlarını, oxşar halların qarşısını alacaqlarını bildiriblər.
Hökumət elan edib ki, bir polis məmuru və bir qadın 16 yaşlı yeniyetmə qızın Qvineyada satılması barədə onlara məlumat verib və bu məsələ araşdırılır. İstintaqıın nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs həbs ediləcək və qıza təzminat ödəniləcək.