"Murat Bozla şəxsi tanışlığım yoxdur, çox xoşdur ki..." –Sevda Ələkbərzadə
Şou-biznes 709

"Murat Bozla şəxsi tanışlığım yoxdur, çox xoşdur ki..." –Sevda Ələkbərzadə

"Murat Bozla şəxsi tanışlığım yoxdur, çox xoşdur ki..." –Sevda Ələkbərzadə


“O səs Türkiyə” mahnı yarışmasında müsiflərdən Murat Bozun Sevda Ələkbərzadə haqqında -“Sevda Ələkbərzadə çox ciddi bir səs, dünya səviyyəsində qorxunc bir istedaddır. Onun xəstəsiyəm. Səsiylə bambaşqa bir duyğu yaşadır” deməsi bütün sosial şəbəkələrdə böyük maraqla qarşılandı.

Murat Bozun xoş sözlərinə qarşılıq olaraq əməkdar artist Sevda Ələkbərzadə MAY.AZ-a açıqlama verib. O, bildirib ki, Türliyənin məşhur müğənnisindən belə sözlər eşitmək olduqca xoşdur:

“Murat Bozla şəxsi tanışlığım yoxdur. Həmin gün proqramı da izləməmişdim. Daha sonra internetdə baxdım. Əlbəttə, çox xoşdur ki, xarici ölkələrdə mənim ifalarıma müraciət edirlər. Lakin bu birinci dəfə deyil. Xarici ölkələrdə və eyni zamanda qardaş Türkiyədə dəfələrlə mənim mahnılarımı səsləndiriblər”.

Qeyd edək ki, sözügedən proqramda Ayşenur Gül adlı iştirakçı əməkdar artist Sevda Ələkbərzadənin “Elə demə” mahnısını oxuyub.

Həmin anın görüntülərini sizə təqdim edirik:

Son xəbərlər