"Ginnesin Rekordlar kitabı"na düşən Bakı metrosundakı faciədən 24 il ötür
Afisa 638

"Ginnesin Rekordlar kitabı"na düşən Bakı metrosundakı faciədən 24 il ötür

"Ginnesin Rekordlar kitabı"na düşən Bakı metrosundakı faciədən 24 il ötür


1995-ci il oktyabrın 28-də Bakı metrosunda baş vermiş qəzadan 24 il ötür.

Rəsmi məlumatlarda qeyd edilir ki, “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həyatını itirib.

Ölənlərdən 28-i uşaq, üçü xilasedici olub. Bundan başqa, qəza nəticəsində 270 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.

Hadisədə terror əməli aşkarlanmayıb və o, texniki qəza kimi qiymətləndirilib. Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib.

Qəzanın sırf səhlənkarlıqdan baş verdiyini açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər.

Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur.

Dünya ölkələrindəki heç bir metropolitendə indiyədək bu qədər geniş miqyaslı itki ilə nəticələnən qəza olmadığına görə, Bakı metrosundakı 28 oktyabr qəzası “Ginnesin Rekordlar kitabı”na düşüb.

"Ginnesin Rekordlar kitabı"na düşən Bakı metrosundakı faciədən 24 il ötür
"Ginnesin Rekordlar kitabı"na düşən Bakı metrosundakı faciədən 24 il ötür

Oxşar xəbərlər

Son xəbərlər