27
октября
2019
22:14
Bakı "Eurovision"unun ən yaşlı iştirakçısı öldü
"Buranov nənələri"nin solisti Natalya Puqaçova dünyasını dəyişib.
RİA "Novosti"nin məlumatına əsasən, bu barədə Udmurtiyanın başçısı Aleksandr Breçalov "twitter" səhifəsində yazıb.
Puqaçovanın ölüm səbəbi açıqlanmır. Bildirilir ki, iki gündən sonra onun 84 yaşı olacaqdı.
Kollektivin bədii rəhbəri Olqa Tuktaryovanın sözlərinə əsasən, solist xəstəlikdən əziyyət çəkirdi.
"O, artıq dörd ay idi ki, yataqdan qalxmırdı, solist son yarım ildə səhnədə çıxış etməyib", - deyə o bildirib.
Buranova kəndindən olan folklor kollektiv 2012-ci ildə Bakıda keçirilən "Eurovision" musiqi yarışmasında Rusiyanı təmsil edərək, "Party For Everybody" mahnısı ilə ikinci yeri tutmaqla məşhurlaşmışdı.
Hazırda kollektiv "Buranovdan olan nənələr" adı altında qastrol səfərlərinə çıxır.