Alimlər kartof əzməsinin faydalarını aşkarlayıblar
Kulinariya 727

Alimlər kartof əzməsinin faydalarını aşkarlayıblar

Alimlər kartof əzməsinin faydalarını aşkarlayıblar


Kartof əzməsinin bilinməyən faydalı tərəfləri aşkarlanıb.

ABŞ-ın İllinois ştatının Universitetinin alimləri belə nəticəyə gəliblər ki, uzunmüddətli məşqlər zamanı kartof əzməsini yemək idmançılara qanda qlükozanın səviyyəsini saxlamaq üçün istifadə edilən karbohidrat tərkibli gellə eyni effekti verir.

Alimlərin gəldiyi nəticələr “Journal of Applied Physiology” nəşrində yer alıb.

Araşdırmalarda velo-idmanla məşğul olan 12 şəxs iştirak edib. Orta hesabla onların hər biri həftə ərzində velosipedlə 267 kilometr yol qət edib. İdmançılar 3 qrupa bölünüb. Birinci hissəsinə məşqlər zamanı yalnız su, ikinci qrupa gel, üçüncülərə isə kartof əzməsi verilib.

Alimlər qərara gəliblər ki, kartof əzməsi və gel qəbul edən idmançıların göstəricilərində heç bir fərq olmayıb. Onlar yalnız sudan istifadə edən idmançılardan daha uğurlu nəticə göstəriblər.(oxu)

Son xəbərlər