ABŞ-ın büdcə kəsiri TRİLYON DOLLARA yaxındır
2019-cu ildə ABŞ-ın büdcə kəsiri 984 milyard dollara çatıb.
MAY.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Naziri Stiven Mnuçin bildirib.
2018-ci illə müqayisədə məbləğ 205 milyard dollar artıb, lakin bu rəqəm öncədən proqnozlaşdırıldığından 16 milyard azdır. Yenilənmiş məlumatlara əsasən, kəsir ÜDM-in 4.6 faizinə çatıb.
Daha öncə büdcə şöbəsindən bildirildiyinə görə, 2049-cu ilə qədər ABŞ dövlət borcu ÜDM-in 144 faizinə qədər artaraq ölkə tarixindəki ən yüksək səviyyəyə çatacaq. Hesabatda deyilir ki, 2019-cu il üçün ABŞ-ın dövlət borcu ölkənin ÜDM-nin 78 faizini təşkil edir.
Proqnoza görə, on il sonra ABŞ-da vəziyyət düzəlməyəcək və əhalinin qocalması nəticəsində səhiyyə xərclərinin artması büdcə kəsirini də artıracaq.
Büdcə şöbəsinin müdiri Filip Svagelin sözlərinə görə, vəziyyəti dəyişdirmək üçün ABŞ hakimiyyəti ya vergiləri artırmalı, ya xərcləri azaltmalı, ya da hər ikisini eyni zamanda görməli olacaq.
İdarədə pessimist proqnozu ABŞ prezidenti Donald Tramp və Konqresin büdcə haqqında qəbul etdiyi qanun layihəsi ilə əlaqələndirirlər. 2020-2021-ci illər üçün qəbul edilən sənəd 2021-ci ilin iyul ayına qədər olan dövrdə dövlət borcunu və dövlət xərclərini artırır.
Natəvan Baxşiyeva