Deputat parlamentdə pornoya baxarkən tutuldu.
Həyat tərzi 1 037

Deputat parlamentdə pornoya baxarkən tutuldu.

Deputat parlamentdə pornoya baxarkən tutuldu.


Deputat Vyaçeslav Konstantinovski parlamentin iclasında pornoqrafiyaya baxarkən tutuldu.


Parlamentin iclasında pornoqrafiyaya baxanda tutulan Ukrayna Ali Radasının deputatı Vyaçeslav Konstantinovski deyib ki, bu xəbər yayılandan sonra arvadı ilə ödənişli kabel televiziyasını izləyiblər və uzun müddət yuxuya gedə bilməyiblər. O, bu barədə özünün Facebook səhifəsində yazıb.

“Əgər mənim telefonumdakı videoya diqqətlə baxılsa, aydın olacaq ki, erotik fotoları öz arvadıma göndərirəm”, - deputat bunu da vurğulayıb.

Konstantinovski iyulun 25-də parlamentin iclasında pornoqrafiyaya baxmasını əsas duyğuları və sessiya zalındakı klounlarla izah edib. Deputat məhkəmə sisteminə aid olan qanun layihələrindən birinin müzakirəsi zamanı pornoqrafiyaya baxırmış.

Konstantinovski iri biznesmendir. O 2014-cü ildə şəxsi “Rolls-Royce Phantom” avtomobilini satıb pulunu Donbasdakı hərbi döyüşlərin iştirakçılarına göndərəcəyini elan etməsi ilə məşhurlaşıb. O, vədini parlament seçkiləri ərəfəsi kampaniya zamanı yerinə yetirib.

Son xəbərlər