16
ноября
2012
18:56
Ən çox qızıl ehtiyatı olan ölkələr
Bu ölkələrin sırsında həm Qərb, həm də Şərqdən olan dövlətlərin adlarına rast gəlmək olar
FaktXeber.com-un verdiyi məlumata görə, dünyada qızıl ehtiyatları 300 tondan çox olan bir neə ölkə mövcuddur. Bu ölkələrin sırsında həm Qərb, həm də Şərqdən olan dövlətlərin adlarına rast gəlmək olar.
Qeyd edək ki, qızıl - təbiətdə saf şəkildə rast gəlinən metal növüdür. Qızıl kimyəvi sabitliyi səbəbi ilə başqa elementlərlə asanlıqla birləşərək mineral meydana gətirmir. Əksəriyyətlə, torpaqda və qayaların içində qızıl tozları halında saçılmış olaraq tapılır. Bu tozlar yalnız mikroskopla görülə biləcək ölçüdədir. Qızıla külçələrə və yaxud təbəqələr formasında da rastl gəlinir. Bəzi yerlərdə qızıl, kvars qayalıqları içində damcılar formasında olur. Qızıl damarları ehtiva edən bu qayalar, atmosferin təsirinə məruz qalan yerlərdə yağış və küləklərin təsiri ilə aşınıb parçalanaraq çınqıl və qum halına çevrilirlər. Qum yağış suları ilə axaraq sel yataqlarında toplanır. Kiçik qızıl külçələri və qızıl tozları da qumların içində yığılır.
ABŞ, Qızıl ehtiyatı: 8000 ton
Almaniya, Qızıl ehtiyatı: 3395 ton
İtaliya, Qızıl ehtiyatı: 2451 ton
Fransa, Qızıl ehtiyatı: 2435 ton
Çin, Qızıl ehtiyatı: 1054 ton
İsveçrə, Qızıl ehtiyatı: 1040 ton
Rusiya, Qızıl ehtiyatı: 918 ton
Yaponiya, Qızıl ehtiyatı: 765 ton
Hollandiya, Qızıl ehtiyatı: 612 ton
Hindistan, Qızıl ehtiyatı: 557 ton
Tayvan, Qızıl ehtiyatı: 422 ton
Portuqaliya, Qızıl ehtiyatı: 382 ton
Venesuella, Qızıl ehtiyatı: 365 ton
Səudiyyə Ərəbistanı, Qızıl ehtiyatı: 323 ton
İngiltərə, Qızıl ehtiyatı: 310 ton
Türkiyə, Qızıl ehtiyatı: 302 ton