Şəkidə qızın atraksiondan yıxılması ilə bağlı cinayət işi açıldı
Hadisə 1 630

Şəkidə qızın atraksiondan yıxılması ilə bağlı cinayət işi açıldı

Şəkidə qızın atraksiondan yıxılması ilə bağlı cinayət işi açıldı


Şəkidə yeniyetmə qızın atraksiondan yıxılması faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə BiG.AZ-a Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

O bildirib ki, 2003-cü il təvəllüdlü Xəyalə Durmuşovanın Şəki rayonundakı M. F. Axundov adına istirahət parkında yıxılaraq bədən xəsarətləri alması faktı ilə bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə şahidlər dindirilib və müvafiq ekspertizalar təyin olunub.

Kənan Zeynalov əlavə edərək bildirib ki, hazırda iş üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin müəyyən olunaraq əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək.

Oxşar xəbərlər

Son xəbərlər