25
июля
2016
03:37
23 İyul Üçün Olan Bürclər
QOÇ - İxtiyarınızda olan bu təqvimdə savab işlərinizin sayını artırmağa çalışın. Bu, sonrakı proseslərin həllində sizə kömək edəcək. Mövcud problemləri həlledilməz hesab etməyin.
BUĞA - Təxminən saat 14-ə qədər ümumi əhvalınız süst olduğundan bütün ciddi işlərinizi təxirə salın. Sonrakı müddətdə isə maliyyə uğurlarınız gözlənilir. Uzaq yola çıxmayın.
ƏKİZLƏR - Qarşılıqlı münasibətlərdə, eləcə də işgüzar sövdələşmələrdə ulduzlar sizə dəstək verəcək. Böyük uğurlarınızın ilkin qığılcımları məhz bu təqvimdən etibarən start götürəcək.
XƏRÇƏNG - Kifayət qədər mübahisəli gündür. İfadə etdiyiniz hər bir sözə ciddi yanaşın. Əks təqdirdə münaqişəli situasiyalara cəlb olunacaqsınız. Falçı və cadugərlərdən uzaq olun.
ŞİR - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu kimi sövdələşmə və müzakirələrdə iştirakınız yaxın gələcəyin planlarını həyata keçirməyə kömək edəcək. Şübhəli adamlardan uzaq olun.
QIZ - Qarşınızda duran bu təqvim sizə xoş ovqat bəxş edəcək. Hər hansı xoşagəlməzliyi ağlınıza gətirməyin. Ailə üzvlərinizə, sevdiyiniz adamlara qarşı mülayim olun. İnsanları dəyərləndirin.
TƏRƏZİ - Passiv gündür. Hansısa qeyri-adi hadisəni gözləməyə dəyməz. Yaxşı olar ki, üzərinizə düşən adi işlərin həlli ilə məşğul olasınız. Məxfi görüşləri və səfərləri təxirə salın.
ƏQRƏB - Hər mənada uğurlu təqvimdir. Öz gücünüzə etibar edin. Çünki Göy qübbəsi sizə elə bir enerji verəcək ki, bütün maneələri dəf edə biləcəksiniz. Axşamsa sürprizlər gözlənilir.
OXATAN - Sevgi məsələlərinə mülayim yanaşın. Bu, həm mövcud olan əsəbiliyinizi azaldar, həm də işlərinizin yaxşılaşmasına təkan verə bilər. Qohumluq münasibətlərinə fikir verin, ayırma ovqatından qaçın.
OĞLAQ - Günün birinci yarısında nəzərdə tutduğunuz perspektivlərin müəyyən hissəsini həll edə biləcəksiniz. Nahardan sonra isə yalnız neytral mövqe tutmalı, riskdən uzaq olmalısınız.
SUTÖKƏN – Bütün diqqətinizi səhhətlə bağlı problemlərin həllinə yönəldin. Bu amilə məsuliyyətlə yanaşsanız, ciddi çətinlikləriniz olmayacaq. Axşam saatlarında simsarlarınıza baş çəkin.
BALIQLAR - Əksər məsələlərdə gün sizin xeyrinizə işləyəcək. Şəxsi işlərinizdə müsbət rol oynaya biləcək insanlarla da rastlaşacaqsınız. Unutmayın ki, uğurlarınıza gedən yolun astanasındasınız.