Filiz Akınla bağlı aktyor oğlundan duyğusal mesaj: "Həmin ağacın altında görüşəcəyik..."
23-03-2025, 23:38
Materialları qiymətləndirmək, yazılar yaratmaq və şərhlər yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin.
Daxil olTürkiyədə aktrisa Evrim Akın barədə yayılan iddialar sosial mediada səs-küy yaradıb. "Bez Bebek" serialında "Yağmur" obrazını canlandıran Asena Keskinci illər sonra həmkarı haqqında ciddi ittihamlar irəli sürüb.
BAKU.WS xəbər verir ki, Keskinci sosial şəbəkədə paylaşdığı videoda Evrim Akının çəkiliş meydançasında ona kobud davrandığını, tez-tez mübahisə yaratdığını bildirib.
Onun sözlərinə görə, Akın siqaret tüstüsünü üzünə üfürərək "Az sonra xərçəng olacaqsan, uşaqlarda belə olur" kimi sözlər deyib. Aktrisa həmçinin həmin vaxt valideynlərinin boşanma prosesində olduğunu, Akının isə "Səni serialdan çıxartsam küçədə qalarsınız?" kimi hədələr etdiyini iddia edib.
Keskinci baş verən bir insidentdə Akının onu hündür yerdən yerə atdığını da bildirib. Dediyinə görə, bu hadisələrdən sonra Akın müəyyən müddət serialdan uzaqlaşdırılıb, lakin daha sonra yenidən çəkilişlərə qayıdıb.
Evrim Akın iddialara cavab verdiyini, məsələnin hüquqi müstəviyə daşınacağını açıqlayıb.
23-03-2025, 23:38
26-10-2023, 19:40
15-11-2017, 14:18
13-09-2019, 23:13
6-07-2018, 20:56