Dubayda dünyanın ən hündür hoteli açılacaq
28-09-2025, 16:03
Авторизуйтесь или зарегистрируйтесь, чтобы оценивать материалы, создавать записи и писать комментарии.
АвторизоватьсяDünyanın ən hündür hoteli kimi tanınan "Ciel Dubai Marina" BƏƏ-nin Dubay şəhərində fəaliyyətə başlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hotel artıq ilk qonaqlarını qəbul edib.
"Ciel Dubai Marina"nın hündürlüyü 377 metrdir, bu göstərici ilə o Dubayda yerləşən "Gevora Hotel"i geridə qoyub.
Hazırda şəhərdə dünyanın ən hündür 10 hotelindən 8-i yerləşir, onlardan biri də BƏƏ-nin simvollarından sayılan və yelkən formasında tikilmiş "Burj Al Arab"dır (321 metr).
"Ciel Dubai Marina" 82 mərtəbədə yerləşən 1004 otaqdan ibarətdir. 76-cı mərtəbədə hündürlüyü təxminən 310 metr olan "Tattu Sky" hovuzu mövcuddur. 81-ci mərtəbədə isə qonaqlar üçün lanç zonasına malik açıq terras fəaliyyət göstərir.
28-09-2025, 16:03
22-10-2024, 06:52
28-09-2023, 08:40
26-06-2024, 12:35
7-10-2023, 11:32
Комментариев нет