08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR

Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR

Tıxac probleminin həlli üçün şəhərin mərkəzindəki bəzi qurumlar şəhərdən kənara və bölgələrə köçürülə bilər.


BiG.AZ xəbər verir ki, bunu Ajans.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. O bildirib ki, tıxaca səbəb olan əsas faktlardan biri də, şəhərin mərkəzində dövlət idarələrinin, universitetlərin yerləşməsidir:


Tıxac adətən əhalisi sıx olan, meqapolis şəhərlərə xas olan məsələdir. Bakı da illərdir tıxac problemindən əziyyət çəkir. Dövlət və müvafiq qurumlar bunun qarşısını almaq üçün addımlar atır. Mütəxəssis və ekspertlər ölkəyə dəvət olunur. Şəhər böyüyür, insanların və avtomobillərin sayı artır. Bu da tıxaclara səbəb olur.


Şəhərdə tıxaca səbəb olan əsas faktlardan biri də, mərkəzdə dövlət idarələrinin, universitetlərin yerləşməsidir. Bəzi dövlət idarələrinin və nazirliklərin şəhər kənarında, yaxud bölgələrdə olması dünya təcrübəsində mövcuddur. Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, bir çox agentliklərin, qurumların, universitetlərin kənarlara və bölgələrə köçürülməsi çıxış yolu ola bilər


Deputat bildirib ki, bu proses yüksək maliyyə tələb edən məsələdir:


"Reallaşması qısa vaxt ərzində çətindir, lakin mümkünsüz deyil. Məsələn, dünya təcrübəsində universitetlərin öz şəhərciyi olur, tələbələr təhsil aldığı müddətdə həmin şəhərcikdə yaşayırlar. Yeni təcrübələr öyrənilməlidir, bu, şəhər üçün də əhəmiyyətli olacaq".



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница