Təyyarə qəzasında öldüyü deyilən Zaqatala sakini sağ tapıldı
26-12-2024, 12:11
Materialları qiymətləndirmək, yazılar yaratmaq və şərhlər yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin.
Daxil ol
Daha bir Zaqatala sakininin təyyarə qəzasından sağ çıxdığı məlum olub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, Danaçı kənd sakini Müslümət Siracova qəzadan sonra koma vəziyyətində xəstəxanaya çatdırılıbmış. O bu gün ayılıb və kimliyini deyə bilib.
Hazırda onun oğlu da yanındadır.
Qeyd edək ki, M.Siracova təyyarə qəzasından sağ çıxan digər zaqatalalı sərnişin Nurulla Siracovun həyat yoldaşıdır.
Nurulla Siracov ötən gün Aktaudan Bakıya gətirilib.
Müalicə aldığı "Yeni Klinika"da jurnalistlərə müsahibə verən Nurulla Siracov həyat yoldaşının taleyindən nigaran qaldığını dilə gətirmişdi.
26-12-2024, 12:11
29-08-2020, 13:11
7-08-2019, 20:12
7-04-2019, 12:32
16-07-2024, 08:46