26
апреля
2019
15:04
Dolların məzənnəsi qalxacaqmı? - Mərkəzi Bankın sədrindən manatla bağlı PROQNOZ
Azərbaycanda manata nisbətdə dolların məzənnəsinin qalxması üçün heç bir ilkin şərt yoxdur.
BiG.AZ trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, Azərbaycan neftinin bahalaşması beynəlxalq valyuta ehtiyatlarının artırılmasını təmin edir ki, bu da manatın məzənnəsinin sabitliyinə müsbət təsir göstərir:
"Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, tədiyyə balansı profisitlidir".