26
декабря
2024
12:12
Həlak olan pilotun dostu: "Təqaüd vaxtı çatsa da, çıxmaq istəmirdi"
"İki aya təqaüd vaxtı çatırdı, lakin çıxmaq fikri yox idi. Çox pozitiv idi. İşindən də çox danışmağı sevmirdi".
Oxu.Az xəbər verir ki, bu sözləri AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan pilot İqor Kşnyakinin dostu Nicat Baqiyev deyib.
O bildirib ki, pilotun nəşinin nə vaxt gətiriləcəyi ilə bağlı məlumat yoxdur:
"Hadisədən bir gün öncə danışdıq. Hər şey qaydasında idi. Üç gün əvvəl görüşmüşdük. Qayıtdıqdan sonra yenidən görüşəcəkdik. Mükəmməl bir insan idi. Son anda 30-a yaxın insanı xilas etdi".
Məhərrəm Əliyev