Bir neçə dəfə qaynadılmış su ZƏHƏRƏ dönür
İstifadə etdikdən əvvəl suyu mütləq qaynatmaq lazımdır.
Qaynama prosesi zamanı suda olan ziyanlı mikroorqanizmlər məhv olur ki, bu da suyun təhlükəsizliyini artırır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, suyu yalnız bir dəfə qaynatmaq olar, təkrar qaynatmaq olmaz.
Rusiyalı akademik Yuriy Raxmanin sübut edir ki, təkrar qaynama zamanı suyun tərkibində heç bir faydalı maddə (məsələn, oksigen və s.) qalmır, bu artıq "ölü" sudur.
Amerikalı fizioloq Brenda Deyvinin sözlərinə görə, suyun təkrar qaynadılması zamanı mayenin azalmasına görə onun tərkibində ziyanlı maddələrin konsentrasiyası artır ki, bu da orqanizmə ziyan vura bilər.
Harvard Universitetinin alimləri araşdırmalar zamanı aşkar ediblər ki, suyun təkrar qaynadılması zamanı onun tərkibində ziyanlı maddələr olan arsen və nitratların konsentrasiyası artır. Həmçinin suyun tərkibində olan xlor suyun bir neçə dəfə qaynadılmasından sonra digər maddələrlə reaksiyaya girərək orqanizm üçün ziyanlı birləşmələri əmələ gətirir.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, mütəxəssislərin fikrinə görə, müasir elektrik çaydanlarda qaynadılmış su tam ziyansız hesab oluna bilməz. Belə çaydanlar su qaynamağa başlayan kimi avtomatik olaraq sönür ki, su çox az bir müddət ərzində qaynayır. Bu isə suyun tam təmizlənməsi üçün kifayət etmir. Mütəxəssislər suyu elektrik çaydanlarda deyil, adi çaydanlarda qaynatmağı tövsiyə edirlər.