Yer təhlükədə: Artıq 15 milyon kvadrat kilometr torpaq tükənib
Maraqlı ve Meslehetli 0

Yer təhlükədə: Artıq 15 milyon kvadrat kilometr torpaq tükənib

Planetimizdə deqradasiyaya uğramış ərazilərin sahəsi artıq 15 milyon kvadrat kilometrə çatıb ki, bu da Antarktidanın sahəsindən 2 milyon kvadrat kilometr çoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" alimlərin tədqiqatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, bu narahatedici fakt meşələrin qırılması və iqlim dəyişikliyi ilə daha da ağırlaşan torpaq tükənməsi probleminin ciddiliyini göstərir.

"Son 10 ildə ağacların və torpağın atmosferdəki artıq CO2-ni udma qabiliyyəti 20% azalıb. Bu, karbon qazının təbii udulmasının effektivliyini itirməsi deməkdir ki, bu da qlobal istiləşmənin sürətlənməsinə səbəb ola bilər", - deyə alimlər vurğulayıblar.

Elm adamları torpaq resurslarından istifadə yanaşmalarına təcili yenidən baxılmasına çağırış edirlər. Onların hesablamalarına görə, dünyada torpaqların deqradasiyası minimum ildə 1 milyon kvadrat kilometr sürətlə baş verir. Əgər təcili tədbirlər görülməsə, bu tendensiya yalnız artacaq.




Son xəbərlər