28
ноября
2024
13:00
"Allah ömrümdən kəsib Doğuşunkuna calasın"
"Xəstəliyim də olub, əkizlərin dünyaya gəlişi çox ağır idi. Doğuş, bir stəkan çay belə mənə verməmisən. Almaniyada yaşadığım xaric".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramında deyib. Müğənni həyat yoldaşı Doğuşdan şikayətlənən aparıcı bunları əlavə edib:
"Almaniyada mən bütün həyatımı sənə həsr etmək üçün dedim ki, Allahım ömrümdən kəs, Doğuşun ömrünə cala. Bizim evimizi böyüksüz etmə. Orada ağır xəstəlikdən əziyyət çəkdim. Xəstəxanada gözümü açanda baxdım ki, Doğuş dua edir: "Allahım mənim canımı al, Xoşqədəmi öz övladlarına bağışla, gözəl anadır. Mən uşaqlarıma onsuz analıq edə bilmərəm". Qulağım ilk onu eşitdi".
Qeyd edək ki, Doğuş və Xoşqədəmin iki əkiz övladı var.