Mahsun Kırmızıgülün serialı da uğursuz oldu
Şou-biznes 0

Mahsun Kırmızıgülün serialı da uğursuz oldu

Türkiyəli müğənni Mahsun Kırmızıgülün "Güzel aşklar diyarı" serialı ilə bağlı qərar qəbul edilib.

Axşam.az xəbər verir ki, ekran işi final edəcək. Layihənin ssenaristinin dəyişməsindən sonra aktyor Halil Ergünün də serialdan ayrılmaq qərarı reytinqlərdə gözlənilən nəticənin alınmamasına səbəb olub.

Ekran işi 6-cı bölümdə final edəcək.


Qeyd edək ki, serialın baş rollarını Özgü Kaya ilə Burak Berkay Akgül canlandırır.

Onu da qeyd edək ki, yeni mövsüm başlayandan "Kör nokta", "Taş kağıt makas", "Kötü kan", "Kirli sepeti" serialları ilə bağlı da final qərarı verilib.



Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив